...

Bakı və Azərbaycanın regionlarında seçkilərə hazırlıq uğurla gedir – MDB missiyasının qərargah rəisi

Siyasət Materials 27 Oktyabr 2010 16:11 (UTC +04:00)
Bakı və Azərbaycan regionlarında noyabrın 7-də təşkil olunacaq Parlament seçkilərinə hazırlıq uğurla gedir. Bu barədə Trend-ə MDB-nin müşahidəçi missiyasının qərargah rəisi Yevgeni Sloboda deyib.
Bakı və Azərbaycanın regionlarında seçkilərə hazırlıq uğurla gedir – MDB missiyasının qərargah rəisi

Azərbaycan , Bakı, 27 oktyabr /Trend, müxbir E. Tarıverdiyeva/

Bakı və Azərbaycan regionlarında noyabrın 7-də təşkil olunacaq Parlament seçkilərinə hazırlıq uğurla gedir. Bu barədə Trend-ə MDB-nin müşahidəçi missiyasının qərargah rəisi Yevgeni Sloboda deyib.

"Missiyamızın olduğu bütün rayonlarda Parlament seçkilərinə hazırlıq Seçki Məcəlləsinə uyğun aparılır", - o deyib.

Slobodanın sözlərinə görə, son həftə Bakı və eləcə də digər regionlarda missiyanın baş çəkdiyi bütün məntəqələr seçkilərə texniki cəhətdən hazırdır.

"Şübhəsiz, biz gələcəkdə də seçkiqabağı vəziyyəti müşahidə etmək üçün Azərbaycanın ucqar rayonlarına baş çəkəcəyik", - Sloboda deyib.

Oktyabrın 17-də tərkibinə təşkilat qrupunun daxil olduğu birinci müşahidəçilər dəstəsi qısa və uzunmüddətli müşahidəçilərin akkreditəsini aparmaq, müşahidəçi qərargahı yaratmaq üçün Bakıya gəlib.

MDB-nin müşahidəçi missiyasının qərargahına 2008-ci il Azərbaycanda Prezident seçkilərində olduğu kimi, Yevgeni Sloboda rəhbərlik edib.

Azərbaycanda Parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. MSK-ya təqdim olunan siyahıya əsasən, ölkədə daimi yaşayan seçicilərin sayı 5 milyon nəfər təşkil edir.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Ölkədə keçiriləcək seçkilərdə MDB-nin iki müşahidəçi qrupu iştirak edəcək - qısamüddətli və uzunmüddətli. Onlar seçkiqabağı monitorinq və bilavasitə seçkilər günündə monitorinq aparacaq. Bu barədə İcraiyyə Komitəsindən məlumat veriblər. Müşahidəçilərin bir hissəsi paytaxtda, ikinci hissəsi Azərbaycanın regionları üzrə yerləşdiriləcək.

Seçkilərdən bir gün əvvəl MDB-nin icraçı-direktoru Serqey Lebedev Azərbaycana gələcək.

MDB missiyası seçkilərdən bir gün sonra işin yekunu üzrə ilkin hesabat təqdim edəcək. Yekun hesabat seçkilərdən iki ay sonra hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti