...

Moskvada Xəzəryanı ölkələrin dövlət başçılarının forumu ilə bağlı tədbir keçiriləcək

Siyasət Materials 8 Noyabr 2010 17:03 (UTC +04:00)
Noyabrın 10-da Moskvada Xəzəryanı ölkələrin dövlət başçılarının noyabrın 18-də Bakıda keçiriləcək forumu ilə bağlı tədbir keçiriləcək.
Moskvada Xəzəryanı ölkələrin dövlət başçılarının forumu ilə bağlı tədbir keçiriləcək

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Noyabrın 10-da Moskvada Xəzəryanı ölkələrin dövlət başçılarının noyabrın 18-də Bakıda keçiriləcək forumu ilə bağlı tədbir keçiriləcək. Bu barədə Moskva Dövlət Universitetinin tarix fakültəsi dekanının müavini Aleksey Vlasov bildirib.

"Dəyirmi masa" Sergey Mixeyevin başçılıq etdiyi Xəzər Əməkdaşlığı İnstitutunun təşkilatçılığı ilə keçiriləcək.

"Vestnik Kavkaza" Analitik-İnformasiya Agentliyi tədbiri işıqlandıracaq, həmçinin biz və Trend agentliyindən həmkarımız Seymur Əliyev iştirakçı kimi dəvət olunmuşuq", - Vlasov bildirib.

Onun sözlərinə görə, görüşdə bütün Xəzəryanı ölkələrdən ekspertlər iştirak edəcəklər.

"Görüşdə Xəzərin problemlərinin bütün ən mühüm aspektləri dəqiqləşdiriləcək. Ən başlıcası, bütün Xəzəryanı ölkələrdə İctimai Məsləhət Şurasının yaradılması və Xəzər dövlətlərinin resurs, siyasi, ekspert potensiallarını birləşdirən inteqrasiya strukturları vasitəsilə diqqət mərkəzində qalan problemlər üzrə konsensusa gəlməyin mümkünlüyü ideyasına münasibətin müəyyən edilməsidir", - Vlasov deyib.

Politoloqun sözlərinə görə, tədbirdə müzakirə olunacaq əsas məsələlər vəziyyətin ildən-ilə pisləşdiyi bioloji resurslar və Xəzərin geoloji siyasətində əsas prinsiplərdir.

"Xəzərin bütün problemlərinin heç də ümumi səylərin birləşdirilməsinə işləməyən kənar qüvvələr cəlb olunmadan, yalnız Xəzər regionunun öz daxilində həll edilməsi ilə bağlı fikir mövcuddur. Və bu iki mövzu diqqət mərkəzində olacaq, - Vlasov bildirib. - Ekspertlərin və bizim təmsil etdiyimiz mərkəzin birgə işi Xəzər problemlərinə yanaşmada RF, Qazaxıstan və Azərbaycanın eyni mövqedə olmalarından xəbər verir".

Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri, Trend-in Ekspert Şurasının üzvü İsmayıl Ağakişiyevin sözlərinə görə, həmişə Xəzər məsələsinə iqtisadi nöqteyi-nəzərdən baxılır, lakin diqqəti təhlükəsizlik məsələlərinə cəmləşdirmək lazımdır.

"Xəzərin təhlükəsizliyi və Xəzərə birbaşa aid olmayan digər məsələlərin sürətlə həll olunması danışıqların nə dərəcədə uğurlu keçəcəyindən asılıdır. Burada başlıca rol Rusiya və İrana məxsusdur, çünki onlar üçün ABŞ-ın Xəzərə buraxılmaması çox vacibdir", - politoloq bildirib.

Xəbər lenti

Xəbər lenti