...

Azərbaycanın hərbi attaşesi İranın müdafiə naziri ilə görüşüb

Siyasət Materials 11 Noyabr 2010 17:05 (UTC +04:00)
Azərbaycan, Türkiyə, Suriya, Hindistan, Əlcəzair, Oman, Əfqanıstan, Venesuela, Yaponiya və İndonaziyanın İrandakı hərbi attaşeləri bu gün İranın müdafiə naziri Əhməd Vəhidi ilə görüşüb.
Azərbaycanın hərbi attaşesi İranın müdafiə naziri ilə görüşüb

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir T.Cəfərov/

Azərbaycan, Türkiyə, Suriya, Hindistan, Əlcəzair, Oman, Əfqanıstan, Venesuela, Yaponiya və İndoneziyanın İrandakı hərbi attaşeləri bu gün İranın müdafiə naziri Əhməd Vəhidi ilə görüşüb. Məlumatı İranın MEHR agentliyi yayıb.

Görüşdə Azərbaycanın İrandakı səfirliyinin hərbi attaşesi Mehman Süleymanov İranın müdafiə nazirinə hərbi attaşelərin Kiş adasında keçirilən beynəlxalq aviasiya sərgisində iştirak etməsi üçün yaratdığı şəraitə görə təşəkkürünü bildirib.

Görüşdə Vəhidi İran və iştirakçı ölkələr arasında müdafiə sahəsində əməkdaşlığın artırılmasında maraqlı olduğunu bildirib.

Beşinci beynəlxalq aviasiya sərgisi İranın Kiş adasına keçirilir. Sərgidə dünyanın müxtəlif ölkələrindən 120 şirkət aviasiya sahəsində nailiyyətlərini nümayiş etdirirlər.

Xəbər lenti

Xəbər lenti