...

Bakıda Rusiya və İran prezidentlərinin görüşü olub (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 Noyabr 2010 17:49 (UTC +04:00)

RED. əlav.: üçüncü abzasdan sonra Sergey Prixodkonun sözləri əlavə olunub

Rusiya Prezidenti Dmitri Medvedev cümə axşamı Bakıda iranlı həmkarı Mahmud Əhmədinejadla görüşüb. Bu barədə İran Prezidentinin rəsmi saytında deyilir.

Saytın məlumatına görə, iki ölkə prezidenti ikitərəfli münasibətləri, beynəlxalq və Xəzər dənizinə aid məsələləri müzakirə ediblər.

"Rusiya və İran prezidentləri Dmitri Medvedev və Mahmud Əhmədinejadın görüşü açıq xarakter daşıyıb, tərəflər sadə olmayan məsələlərdən yayınmayıblar", - Rusiya Prezidentinin köməkçisi Sergey Prixodko prezidentlərin Bakıda keçirilən görüşünün yekunları üzrə jurnalistlərə bildirib. Məlumatı RİA Novosti yayıb.

"Bu çox mühüm görüşdür, söhbət tam açıq xarakter daşıyıb, nə biz, nə də bizim həmsöhbətimiz xoşagəlməz suallardan yayınmayıb", - Prixodko bildirib.

Rusiya-İran münasibətləri Moskvanın BMT TŞ-nin Tehranla bağlı iyul qətnaməsini dəstəklədikdən və İran tərəfinə S-300 zenit-raket kompleksləri və digər hərbi texnikanı tədarük etməkdən imtina etdikdən sonra mürəkkəbləşib.

Prixodko bildirib ki, Əhmədinejadla görüşdə Medvedev BMT TŞ-nin məlum qərarlarına prinsipal qiymətini verib.

"Bu qiymət artıq dəfələrlə ifadə edilib", - Prezidentin köməkçisi xatırladıb. O qeyd edib ki, görüşdə qonşu dövlət olan İranla münasibətlərin inkişafı üçün lazım olan məsələlərə də toxunulub. "Biz gələcəkdə BMT TŞ-nin tətbiq etdiyi məhdudiyyətlər çərçivəsinə düşməyən ticari-iqtisadi əlaqələri və digər münasibətləri dəstəkləməkdə maraqlıyıq", - Proxodko bildirib.

"Rusiya Prezidenti İranın dinc nüvə proqramının davam etdirilməsinin əhəmiyyəti haqqında danışıb, effektiv qarşılıqlı fəaliyyətin nümunəsi kimi, tikintisi BAEA-nın tam nəzarəti altında aparılan Buşəhr elektrik stansiyasının qurulması olub", - Prezident köməkçisi əlavə edib.

Xəbər lenti

Xəbər lenti