Azərbaycan Prezidenti İlham Əliyev Dağıstan Respublikasının Prezidenti Maqomedsalam Maqomedova başsağlığı məktubu ünvanlayıb, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Hörmətli Maqomedsalam Maqomedaliyeviç, qardaşınız Hacımurad Maqomedovun həlak olması xəbərindən dərindən sarsılmışam. Bu ağır, əvəzsiz itki ilə bağlı dərdinizi bölüşürəm. Sizinlə birlikdə kədərlənirəm. Sizə, bütün doğmalarınıza və yaxınlarınıza dərin hüznlə başsağlığı verirəm" İlham Əliyevin başsağlığında bildirilir.