...

Azərbaycanın Misirdəki səfiri etimadnaməsini ölkə Prezidentinə təqdim edib

Siyasət Materials 5 Dekabr 2010 23:27 (UTC +04:00)
Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayev etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib. Bu barədə Trend-ə bazar günü Azərbaycanın Misirdəki səfirliyindən məlumat veriblər.
Azərbaycanın Misirdəki səfiri etimadnaməsini ölkə Prezidentinə təqdim edib

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri Şahin Abdullayev etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib. Bu barədə Trend-ə bazar günü Azərbaycanın Misirdəki səfirliyindən məlumat veriblər.

Misir Ərəb Respublikasının Prezidenti Hüsni Mübarək səfir Şahin Abdullayevin etimadnaməsini qəbul edib və səfirdən ən xoş salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Şahin Abdullayev Azərbaycan Prezidentinin sərəncamıyla iyun ayında Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiri vəzifəsinə təyin edilib.

Xəbər lenti

Xəbər lenti