Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Bəhreyn Kralı Şeyx Həməd bin İsa Al Xəlifəyə başsağlığı verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Qardaşınız Şeyx Raşid bin İsa Al Xəlifənin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!" - başsağlığında deyilir.
Azərbaycan Prezidenti Bəhreyn Kralına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Bəhreyn Kralı Şeyx Həməd bin İsa Al Xəlifəyə başsağlığı verib.