...

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bədii-publisistik əsərlər müsabiqəsinin qalibləri müəyyən olunub

Siyasət Materials 21 Dekabr 2010 15:45 (UTC +04:00)
Bu gün ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bədii-publisistik əsərlər müsabiqəsinin qalibləri müəyyən olunub.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bədii-publisistik əsərlər müsabiqəsinin qalibləri müəyyən olunub

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir T.Hacıyev/

Bu gün ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bədii-publisistik əsərlər müsabiqəsinin qalibləri müəyyən olunub. Trend-in məlumatına görə, çərşənbə axşamı Gənclər və İdman Nazirliyinin akt zalında qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Mərtasimdə çıxışı zamanı gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, gənclər arasında müsabiqə sentyabr-dekabr ayları arasında keçirilib. Mövzuya aid 170-ə yaxın əsər təqdim olunub.

Daha sonra qaliblər mükafatlandırılıb.

Müsabiqənin əsas məqsədi gənclərdə Azərbaycanın dərin tarixi köklərə malik mədəniyyətini, milli mədəni irsini, Azərbaycan dili və tarixi ənənələrinə hörmət, Vətənə məhəbbət, dövlətçiliyə sədaqət hissini aşılamaqdır.

Müsabiqənin qalibi "Heydər Əliyev və Azərbaycan gəncliyinin vətənpərvərlik tərbiyəsi" yazısına görə Bakı Slavyan Universitetinin tələbəsi Əsmər Həbibova olub.

"Heydər Əliyev həmişə qəlbimizdədir" yazısına görə Naxçıvan şəhər N saylı hərbi hissəsinin orta məktəbinin şagirdi Mehriban Mustafayeva ikinci yerə, "Azərbaycan Heydər Əliyevin şah əsəridir" adlı yazısına görə isə Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbəsi Şahnaz Cabbarlı üçüncü yerə layiq görülüb.

Müsabiqədə I, II və III yerləri tutan qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Digər yerləri tutanlara isə həvəsləndirici mükafatlar verilib.

İlk onluğa düşən əsərlər kitab şəklində nəşr olunub.

Xəbər lenti

Xəbər lenti