...

Azərbaycan Prezidenti İƏT-in sammitində iştirak etmək üçün İstanbula gəlib

Siyasət Materials 22 Dekabr 2010 16:31 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət və hökumət başçılarının görüşündə iştirak etmək üçün İstanbula gəlib.
Azərbaycan Prezidenti İƏT-in sammitində iştirak etmək üçün İstanbula gəlib

Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) dövlət və hökumət başçılarının görüşündə iştirak etmək üçün İstanbula gəlib. Məlumatı "Cihan" informasiya agentliyi yayıb.

Atatürk beynəlxalq hava limanında Azərbaycan Prezidentini Türkiyə hökumətinin yüksək vəzifəli nümayəndələri qarşılayıblar.

Türkiyə KİV-in məlumatına görə, çərşənbə günü İlham Əliyevin Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi nəzərdə tutulur.

Dekabrın 23-də İstanbulda təşkilatın dövlət və hökumət başçılarının 11-ci görüşü keçiriləcək. Yüksək səviyyəli görüşdən əvvəl dekabrın 21-22-də İstanbulda İƏT-ə üzv dövlətlərin yüksək vəzifəli şəxslərinin və Nazirlər Şurasının iclası keçirilir.

İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Hazırda təşkilata Azərbaycan, Əfqanıstan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da daxildir.

Xəbər lenti

Xəbər lenti