...

Ukrayna Azərbaycana vətəndaşların Liviyadan təxliyyə edilməsində kömək edəcək

Siyasət Materials 23 Fevral 2011 20:34 (UTC +04:00)
Ukrayna Azərbaycan vətəndaşlarının Liviyadan təxliyyə edilməsində Azərbaycana kömək edəcək.
Ukrayna Azərbaycana vətəndaşların Liviyadan təxliyyə edilməsində kömək edəcək

Ukrayna Azərbaycan vətəndaşlarının Liviyadan təxliyyə edilməsində Azərbaycana kömək edəcək. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Məlumatı "RBK-Ukrayna" yayıb.

Fevralın 23-də Tripolidə Ukrayna təyyarəsinin göyərtəsinə 8 Azərbaycan vətəndaşı qalxacaq.

Məmmədyarov Ukraynada rəsmi səfərdədir.

Bundan əvvəl Azərbaycanın Liviyadakı səfiri Ağasəlim Şükürovun Trend-ə dediyinə görə, Liviyada müvəqqəti yaşayan bir neçə Azərbaycan vətəndaşı ölkənin Tripolidəki səfirliyinə Vətənə qayıtmaq xahişi ilə müraciət edib.

Bu gün Liviyada müvəqqəti yaşamaqla beynəlxalq neft şirkətlərində işləyən 15-16 Azərbaycan vətəndaşı var.

Səfirlikdə soydaşlarımızla əlaqə üçün 0021 821 360 81 92 və 0021 821 361 81 49 telefonu üzrə "qaynar xətt" yaradılıb. Soydaşlarımız problemlərin yaranacağı təqdirdə, "qaynar xətt" vasitəsilə istənilən vaxt səfirliyə məlumat verə bilərlər.

Liviya əyalətlərində ölkəni 42 ildir idarə edən Müəmmər Qəddafinin istefası ilə bağlı aksiyalar fevralın 15-dən davam edir. Hüquq müdafiəsi təşkilatı "Human Rights Watch"un məlumatına görə, bu günlər ərzində nümayişçilərin qanun keşikçiləri ilə toqquşmaları nəticəsində azı 233 nəfər həlak olub.

Xəbər lenti

Xəbər lenti