Azərbayan, Bakı, 26 fevral /Trend, müxbir T.Hacıyev/
Ümid Partiyasının sədri İqbal Ağazadə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşüb. Trend-in partiyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə əsasən Aİ-Azərbaycan münasibətləri müzakirə olunub.
Daha sonra Azərbaycanda ictimai-siyasi vəziyyət və Avropa İttifaqının ölkəmizdəki 5 illik missiyası barədə fikir mübadiləsi aparılıb. Ümid Partiyasının sədri, millət vəkili Ağazadə Aİ-nin Azərbaycandakı beşillik fəaliyyətini müsbət qiymətləndirdiyini bildirib.
Ümid Partiyası 1993-cü ildə təsis edilib. Partiyanın ilk sədri Əbülfət Əliyev olub. 2002-ci ildə partiya Vətəndaş Birliyi Partiyası (VBP) ilə birləşib. 2002-ci il dekabrın 15-də Ümid Partiyasının III Qurultayında partiyanın sədri İqbal Ağazadə seçilib.