Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev/
Azərbaycanın hakim partiyası müxalifəti icazəli aksiyalar keçirməyə çağırıb.
"Fəvvarələr meydanı mitinq keçirtmək yeri deyil. Nə ABŞ-da, nə də Fransada mərkəzi yerdə mitinq keçirmirlər. Mitinqlər əvvəlcədən ayrılmış yerdə keçirilməlidir. Dərs vaxtı tələbələr dərslə məşğul olmalıdır, hansısa siyasi partiyanın qoltuğunun altında məkirli niyyətlə məşğul olmamalıdırlar. Hamı qanun qarşısında bərabərdir", Trend-in məlumatına görə, bunu Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov bildirib.
Son günlər müxalifət partiyaları icazəsiz etiraz aksiyaları keçirməyə cəhd ediblər.