...

Gürcüstanın Yaponiyaya humanitar yardımı martın 21-də çatdırılacaq - səfir

Siyasət Materials 21 Mart 2011 10:36 (UTC +04:00)
Martın 21-də Gürcüstan təyyarəsi güclü zəlzələdən və sunamidən zərər çəkmiş Yaponiyaya humanitar yardımı çatdıracaq.
Gürcüstanın Yaponiyaya humanitar yardımı martın 21-də çatdırılacaq - səfir

Gürcüstan, Tbilisi, 21 mart /Trend, müxbir N.Kirsxaliya/

Martın 21-də Gürcüstan təyyarəsi güclü zəlzələdən və sunamidən zərər çəkmiş Yaponiyaya humanitar yardımı çatdıracaq. Trend-in məlumatına görə, bu barədə Gürcüstan telekanallarına müsahibəsində bu ölkənin Yaponiyadakı səfiri Revaz Beşidze bildirib.

"Bazar ertəsi Gürcüstan təyyarəsi Yaponiyaya humanitar yardımı çatdıracaq və bu təyyarə ilə ölkəni tərk etmək istəyən Gürcüstan vətəndaşları qayıdacaqlar", - Beşidze deyib.

Səfir bir daha qeyd edib ki, səfirlik Yaponiyada olan bütün ölkə vətəndaşları ilə əlaqə saxlayır, onların hamısı təhlükəsiz yerdədirlər və özlərini yaxşı hiss edirlər.

Bundan əvvəl Gürcüstan XİN Yaponiyada olan vətəndaşlarına fəlakət zonasından kənara - ölkənin cənubuna köçməyi məsləhət görmüşdü. Gürcüstanın Yaponiyadakı səfirliyi orada 47 Gürcüstan vətəndaşı ilə əlaqə saxlayır.

Onlardan kim istəsə, Yaponiyaya humanitar yardımı çatdıran təyyarə ilə vətənə qayıda bilərlər.

Gürcüstanın Daxili İşlər və Səhiyyə nazirlikləri bu həftə Yaponiyaya göndərilməsi üçün dərman və zəruri əşyalardan ibarət humanitar yük və 40 nəfərdən ibarət xilasedicilər qrupunu hazırlayıblar.

Martın 11-də Yaponiyada 9,0 maqnitudalı zəlzələ hündürlüyü 10 metrdən çox olan sunamiyə səbəb olub. Son rəsmi məlumatlara görə, təbii fəlakət nəticəsində 21 mindən çox insan həlak olub və ya itkin düşüb.

Zəlzələdən sonra Yaponiyanın "Fukusima-1" və "Fukusima-2" AES-də soyutma sistemlərinin sıradan çıxması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. "Fukusima-1"də birinci, ikinci və üçüncü reaktorlarda partlayışlar baş verib. Sonradan emal edilən nüvə yanacağının saxlanması üçün istifadə edilən AES-in dördüncü blokunda da partlayış və bir neçə yanğın baş verib.

Xəbər lenti

Xəbər lenti