...

Koalisiyanın Liviyadakı hədəflərə yeni zərbələri; Qəddafi rejimi ölənlərin olduğunu bildirir

Siyasət Materials 22 Mart 2011 11:38 (UTC +04:00)
Beynəlxalq koalisiya qüvvələri bazar ertəsi Liviyanın Səbha şəhərinə və ölkə lideri Müəmmər Qəddafinin doğulduğu Sirt limanına hava zərbələri endirib. Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi çoxlu sayda ölənlərin olduğunu bildirən Liviya hakimiyyətinə istinadən xəbər verib.
Koalisiyanın Liviyadakı hədəflərə yeni zərbələri; Qəddafi rejimi ölənlərin olduğunu bildirir

Beynəlxalq koalisiya qüvvələri bazar ertəsi Liviyanın Səbha şəhərinə və ölkə lideri Müəmmər Qəddafinin doğulduğu Sirt limanına hava zərbələri endirib. Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi çoxlu sayda ölənlərin olduğunu bildirən Liviya hakimiyyətinə istinadən xəbər verib.

Martın 17-də BMT Təhlükəsizlik Şurası Qəddafi qüvvələrinə qarşı xarici hərbi əməliyyatın aparılmasını nəzərdə tutan qətnamə qəbul edib.

Əməliyyatlara martın 19-da başlanıb. Liviyaya dəqiq aviazərbələrin endirilməsində ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələr iştirak edirlər. Liviya hakimiyyətinin məlumatına görə, koalisiya qüvvələri tərəfindən ölkə ərazisinə zərbələr endirilməsi nəticəsində artıq 60-dan çox insan həlak olub. Qərb ölkələri bu məlumatı təsdiq etmir.

"Siz bu yeri (Sirt aeroportu) gördünüz. Bu, mülki aeroportdur. Onu bombalayıblar və çoxlu insan həlak olub", - mətbuat konfransında Liviya rejiminin nümayəndəsi Musa İbrahim bəyan edib.

Hələ Liviyaya qarşı hərbi əməliyyat müzakirə edilən zaman Fransa Prezidenti Nikola Sarkozi Aİ üzrə tərəfdaşlarına Tripolidən 500 kilometr şərqdə yerləşən Sirt şəhərindəki hərbi aerodroma, cənubdakı Səbha hərbi aerodromuna və Qəddafinin Tripolidəki komanda mərkəzinə zərbələrin endirilməsini təklif etmişdi.

Saray kompleksi Bab-əl-Əziziyyədə Qəddafinin komanda məntəqəsinin koalisiya qüvvələrinin hava zərbələri ilə dağıdılması dünən məlum olub.

Bazar ertəsi koalisiya qüvvələri Qəddafinin Tripolidəki iqamətgahına daha bir zərbə endirib.

Xəbər lenti

Xəbər lenti