...

İlham Əliyev Pakistan Prezidentini təbrik edib

Siyasət Materials 22 Mart 2011 11:44 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarini təbrik edib. Məlumatı çərşənbə axşamı Prezidentin rəsmi saytı yayıb.
İlham Əliyev Pakistan Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarini təbrik edib. Məlumatı çərşənbə axşamı Prezidentin rəsmi saytı yayıb.

"Ölkənizin milli bayramı - Pakistan günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, dövlətlərarası münasibətlərimizin inkişafı, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın möhkəmləndirilməsi istiqamətində bundan sonra da qarşılıqlı səylər göstərəcəyik", - təbrikdə deyilir.

İlham Əliyev Asif Zərdariyə ən xoş arzularını yetirib, möhkəm cansağlığı, işlərində uğurlar, dost Pakistan xalqına sülh və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti