...

Azərbaycan və Rumıniya prezidentlərinin ali ordenlərlə təltif olunma mərasimi keçirilib (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Siyasət Materials 19 Aprel 2011 01:22 (UTC +04:00)
Bazar ertəsi Azərbaycan-Rumıniya sənədlərinin imzalanması mərasimindən sonra Rumıniya Prezidenti Trayan Beseskunun və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan və Rumıniya prezidentlərinin ali ordenlərlə təltif olunma mərasimi keçirilib (ƏLAVƏ OLUNUB-2) (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər saat 17:39-da dərc edilib)

Bazar ertəsi Azərbaycan-Rumıniya sənədlərinin imzalanması mərasimindən sonra Rumıniya Prezidenti Trayan Beseskunun və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Cənab Prezident, Siz Azərbaycan dövlətinin ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif edilirsiniz. Rumıniya-Azərbaycan əlaqələri strateji xarakter daşıyır və bu gün imzalanmış sənəd bunu bir daha təsdiq edir. Siz bu əlaqələrin inkişafı üçün böyük xidmətlər göstərmisiniz və Azərbaycan xalqı Sizi çox yaxşı tanıyır. Sizin Azərbaycan ilə bağlı mövqeyinizi ürəkdən alqışlayırıq. İki ölkə arasındakı əlaqələrin inkişafı üçün göstərdiyiniz böyük xidmətlərə görə bu yüksək mükafatı mən bu gün Sizə təqdim edirəm", - Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Azərbaycan Prezidenti İlham Əliyev "Heydər Əliyev" ordenini Rumıniya Prezidenti Trayan Beseskuya təqdim edib.

Prezident Trayan Besesku dövlətimizin başçısının Rumıniyanın "Sadiq xidmət" milli ordeninin Böyük Xaç ranqı ilə təltif edilməsi barədə qərar qəbul etdiklərini bildirib. O qeyd edib ki, bu, dövlət başçılarına verilən ali mükafatdır. Trayan Besesku xüsusi vurğulayıb ki, Prezident İlham Əliyev bu mükafata layiq görülən yalnız ikinci dövlət başçısıdır.

2004-cü ildə Rumıniyaya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin ali mükafatı "Rumıniya ulduzu" ordeni ilə təltif olunmuşdu. Rumıniya qanunvericiliyinə görə, "Sadiq xidmət" milli ordeni bundan əvvəl "Rumıniya ulduzu" ordeni ilə təltif edilən şəxslərə təqdim olunur.

Prezident Trayan Besesku "Sadiq xidmət" milli ordeninin Böyük Xaç ranqını dövlətimizin başçısına təqdim edib.

Xəbər lenti

Xəbər lenti