...

Prezident Viktor Yanukoviç: Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə əsaslanır (MÜSAHIBƏ)

Siyasət Materials 28 Aprel 2011 12:46 (UTC +04:00)
Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana rəsmi səfərindən əvvəl Trend-ə müsahibəsi
Prezident Viktor Yanukoviç: Ukraynanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  mövqeyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə əsaslanır (MÜSAHIBƏ)

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir E.Tarverdiyeva/

Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana rəsmi səfərindən əvvəl Trend-ə müsahibəsi

- Azərbaycana qarşıdakı səfərinizdən nə gözləyirsiniz? Gündəlikdə ikitərəfli əməkdaşlığın hansı əsas məsələləri duracaq?

- Ukrayna və Azərbaycan strateji tərəfdaşdırlar, iki ölkə arasında münasibətlər dostluq və qarşılıqlı əməkdaşlıq ruhunda inkişaf edir. Dövlətlərimiz arasında Ukrayna və Azərbaycan Prezidentləri Şurası kimi yüksək səviyyəli ikitərəfli unikal orqan yaradılıb və fəalliyyət göstərir. Şuranın iclasları mütəmadi olaraq keçirilir.

Azərbaycana səfərim çərçivəsində Ukrayna və Azərbaycan Prezidentləri Şurasının üçüncü iclası keçiriləcək. Şura iki ölkə arasında qarşılıqlı fəaliyyət istiqamətlərinin bütün spektri üzrə mövcud potensial əməkdaşlığın həyata keçirilməsinin effektiv mexanizmi kimi özünü göstərib.

Ukrayna və Azərbaycan Prezidentləri Şurasının iclası zamanı ikitərəfli əlaqələrin siyasət, iqtisadiyyat, energetika, nəqliyyat, aerokosmik və digərləri kimi əsas sahələrində ölkələrimiz arasında münasibətlərin gələcək dərinləşdirilməsi üzrə vacib məsələlər müəyyən ediləcək.

- Ukrayna və Azərbaycan arasında əməkdaşlığın indiki səviyyəsindən razısınızmı? Dövlətlərarası əlaqələrin inkişafı üçün hazırkı potensial necədir?

- Məmnuniyyətlə qeyd edirəm ki, son zamanlar ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq mövcud strateji tərəfdaşlıq ruhunda olduqca fəal inkişaf edir.

Hesab edirəm ki, bununla belə, bizim üçün yaxın perspektivdə irimiqyaslı layihələrin həyata keçirilməsi məqsədilə iqtisadi sahədə intensiv siyasi dialoqu möhkəmləndirmək, Ukrayna və Azərbaycan arasında bu istiqamətdə uzunmüddətli strateji əməkdaşlığı təkmilləşdirmək lazımdır.

Hesab edirəm ki, məhz iqtisadiyyat faktoru strateji tərəfdaşlıq münasibətlərimizə gələcəkdə praqmatik məzmun qazandırmaq ucun möhkəm təməl olaraq qalmalıdır.

Bu kontekstdə qeyd etmək xoşdur ki, 2010-cu ilin yekunları üzrə ikitərəfli ticarət əməliyyatlarının həcmi nəinki 2008-ci ildə bohranaqədərki göstəricilərə çatıb, 1,6 milyard dollar təşkil edərək əhəmiyyətli dərəcədə artıb. Lakin, imkanlarımız bununla məhdudlaşmır və biz Ukrayna şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin Ukraynada fəaliyyəti üçün mövcud şərtlərin yaxılaşdırılması üzərində işləyəcəyik.

Əminəm ki, Azərbaycana səfərim bu məsələlərə də kömək edəcək.

- Sizcə, hazırda ölkələrimizin regional siyasətin müxtəlif məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeləri nə dərəcədə yaxındır?

- Ukrayna ilə Azərbaycanın regional siyasətin əksər məsələlərinə dair mövqeləri çox yaxın yanaşmalara əsaslanır. Hesab edirik ki, ATƏT məkanında sülhün, əmin-amanlığın və sabitliyin təmin olunması ümumilikdə ölkələrin iqtisadi inkişafına, eləcə də vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə töhfə verəcək mühüm amildir.

Öz növbəmdə, əmin etmək istərdim ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ukraynanın mövqeyi dəyişməz qalır və Azərbaycanın suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmətə əsaslanır.

Ukrayna bu və ya digər "dondurulmuş" münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh danışıqları yolu ilə həllinin vacibliyinə əsaslanır.

Məlum olduğu kimi, Ukrayna 2013-cü ildə ATƏT-ə sədrlik edəcək. Qeyd etmək istəyirəm ki, bu rolda "dondurulmuş" münaqişələrin həllinə bütün mümkün vasitələrlə öz töhfəmizi verəcəyik. Eyni zamanda, bu, Minsk qrupunun işinə də aiddir. Ümid edirik ki, münaqişə tərəflərinin siyasi iradəsi münaqişənin həlli yollarının tapılması üçün əsas götürülən bütün prinsiplərin razılaşdırılmasının yekunlaşdırılmasına imkan verəcək.

- Siz energetika sektorunda və Avrasiya neft nəqliyyat dəhlizi layihələrinin reallaşdırılmasında ölkələrimizin əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Xəzər dənizinin Azərbaycan sektorunda karbohidrogen hasilatının çox sürətli artımı, eləcə də neftin son istifadəçiyə çatdırılması marşrutlarının şaxələndirilməsinin zəruriliyi ixracatçı-tranzitçi-istehlakçı zəncirinin ANND layihəsinin bütün iştirakçılarının nəzərdə tutulan maraqlarının ümumiliyini şərtləndirir.

Beləliklə, ANND layihəsi vasitəsilə Avropanın enerji məkanına inteqrasiyanın mümkünlüyü və Avropanın enerji aktivlərinə çıxışın əldə olunması Azərbaycan üçün şərtsiz üstünlükdür.

Ukrayna da xüsusilə tranzit xidmətlərinin göstərilməsi ilə bu layihədə fəal iştirakda maraqlıdır. Avropalı istehlakçılara gəlincə, onlar öz neft emalı zavodlarının yüklənməsi üçün Xəzər neftinin əldə olunmasının ən qısa və buna görə də iqtisadi cəhətdən sərfəli yolunu əldə edəcəklər .

Son bir il ərzində bu istiqamətdə bəzi konkret addımlar atılıb . Cari ilin yanvarında Davosdakı Dünya İqtisadi Forumu zamanı neftin və sıxılmış təbii qazın nəqli sahəsində ikitərəfli saziş imzalanıb ki, həmin sənəd əməkdaşlığın gələcək inkişafı üçün zəruri əsas yaradır .

Reall ı qlara g ə linc ə , artıq il yarımdır ki, Azərbaycan Kremençuq neft emalı zavodu üçün xammal tədarük edir və tədarükün həcminin artırılması planlaşdırılır . Ukrayna belarus istehlakçılar üçün Odessa-Brodı boru kəməri ilə Azərbaycan neftinin nəqlinə başlayıb .

Qeyd edim ki , Odessa-Brodı boru kəməri ilə avers rejimdə Xəzər neftinin müntəzəm nəqli təkcə neft nəqliyyatı sistemlərinin lazımınca yüklənməsini təmin etmir, həm də regionun və ümumilikdə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirir və etibarlı tranzitçi ölkə kimi Ukraynanın rolunu təsdiqləyir .

Odessa-Brodı boru kəməri ilə avers rejimdə neft nəqlinin başlaması Ukraynanın enerjidaşıyıcılarının çatdırılmasının alternativ mənbələrinin axtarışı və karbohidratların tranziti üçün ölkənin əlverişli coğrafi mövqeyi haqqında deklarasiyalardan konkret hərəkətlərə keçməsilə bağlı kifayət qədər ciddi siqnal rolunu oynayır .

Beləliklə, neftin dünya qiymətlərinin durmadan artdığı şəraitdə Avropa ANND layihəsinə yenidən baxa bilər . Ukrayna artıq bu il 4 milyon ton Azərbaycan neftinin Belarusa nəqlinin tranzitinə dair qüvvədə olan müqaviləyə Avropanın neft emalı zavodları üçün azı 3 milyon ton tranzit əlavə edə bilər . Habelə, biz ANND layihəsinin reallaşdırılmasının birinci mərhələsi çərçivəsində Xəzər neftinin Slovakiya, Çexiya, Macarıstan və Mərkəzi və Şərqi Avropadakı digər istehlakçılar istiqamətində nəqli məsələsini Polşa ilə daha ətraflı müzakirə etməyi planlaşdırırıq .

- Siz Azərbaycanla iqtisadi əməkdaşlığı necə qiymətləndirirsiniz və qarşılıqlı fəaliyyətin hansı istiqamətlərini nisbətən daha perspektivli hesab edirsiniz ?

- Müasir mərhələdə ticari-iqtisadi sahədə əməkdaşlığımız davamlı müsbət dinamika ilə xarakterizə olunur . Son on il ərzində Ukrayna ilə Azərbaycan arasında mal dövriyyəsi 29 dəfə artıb . Artıq qeyd etdiyim kimi , hətta dünya maliyyə-iqtisadi böhranı şəraitində belə, ikitərəfli ticarətin yüksək səviyyəsini qoruyub saxlamaq, 2010 -cu ildə isə böhrandanəvvəlki göstəriciləri ötüb keçməyə nail olmuşuq.

Güman ki, iqtisadi əməkdaşlığın böhrandansonrakı aktivləşməsinin, qarşılıqlı investisiyaların cəlb olunmasının, konkret istiqamətlər üzrə qarşılıqlı maraq doğuran uzunmüddətli proqramların və layihələrin işlənməsinin zəruriliyi haqında ümumi fikri ifadə edirəm .

Ukrayna və Azərbaycan münasibətlərimizin işgüzar və intensiv məzmunlu inkişafı üçün böyük potensiala malikdirlər və biz bu istiqamətdə artıq konkret addımlar atmışıq . Bu il aprelin 21-də Bakıda keçirilən iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası birgə komissiyanın iclasını nəzərdə tuturam . İclasın yekunları üzrə iki ölkənin aparıcı şirkətləri arasında, o cümlədən yanacaq-energetika kompleksində birbaşa əlaqələrin inkişafı üzrə konkret razılaşmalar əldə olunub .

Habelə regionlararası əlaqələr sahəsində xeyli imkanlarımız mövcuddur. Artıq Kiyevlə Bakı, Çerksassla Sumqayıt, Volın vilayəti ilə Gəncə şəhəri arasında əməkdaşlıq haqqında bir sıra sazişlər imzalanıb. Həmin sazişlərə yeni həyat vermək, konkret layihələrin reallaşdırılmasına keçmək vacibdir .

Elmi-texniki, kosmik, nəqliyyat sahələrində də bizi kifayət qədər işlər gözləyir .

Məhz ikitərəfli əməkdaşlığın mövcud səviyyəsini müzakirə etmək və gələcək qarşılıqlı fəaliyyətin nisbətən daha perspektivli sahələrini müəyyən etmək üçün rəsmi səfərlə Bakıya yollanıram. Orada mən bu məsələləri həmkarım və yaxşı dostum, Azərbaycan Prezidenti İlham Əliyevlə məmnuniyyətlə müzakirə etmək imkanına malik olacağam .

Xəbər lenti

Xəbər lenti