...

Kanadada 28 may Respublika günündə Azərbaycan bayrağı qaldırıldı

Siyasət Materials 29 May 2011 02:33 (UTC +04:00)

Şənbə günü 28 may - Respublika Günü münasibətilə Kanadanın ən böyük şəhəri olan Torontoda Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilmişdir. Bu barədə Trend-ə Azərbaycanın Kanadadakı səfirliyində xəbər veriblər.

Qeyd olunan tədbir Toronto Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının təşəbbüsü ilə keçirilmişdir.

Mərasimi giriş sözləri ilə açan assosiasiyanın fəalı İsgəndər Qədirzadə Azərbaycan Demokratik Respublikasının tarixi barədə bəhs etmişdir. Daha sonra tədbirdə iştirak edən Ontario əyalətinin millət vəkili Monte Kvinter (Monte Kwinter) 28 mayın Azərbaycan və region üçün əhəmiyyətini vurğulamışdır.

Həmçinin, tədbirdə iştirak edən Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev Azərbaycan icmasının Kanadadakı səmərəli fəaliyyətinə toxunmuşdur.

Nitqlərdən sonra Azərbaycan Respublikasının dövlət himninin ifasında bayraq qaldırma mərasimi keçirilmişdir.

Tədbirdə Torontoda yaşayan Azərbaycan və türk icmasının fəalları da iştirak etmişlər.

Qeyd etmək istərdik ki, Kanadanın Kalqari və Vankuver şəhərlərində də 28 may - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının dövlət bayrağının qaldırılması mərasimi keçirilmişdir

Xəbər lenti

Xəbər lenti