...

Azərbaycan Avropanın enerjidaşıyıcılarla təchizində maraqlıdır - nazir

Siyasət Materials 8 İyun 2011 11:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Avropanın enerjidaşıyıcılarla təchizində maraqlıdır. Trend-in Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə nazir Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarla görüşündə deyib.

Məmmədyarov Azərbaycanın həyata keçirdiyi enerji strategiyasının uğurları barədə də danışıb.

Bakıda keçirilən 18-ci Beynəlxalq "Xəzər Neft və Qaz, Neft Emalı və Neft-Kimya" sərgi və konfransında iştirak etməkdən məmnunluğunu bildirən Morninqstar qlobal enerji təhlükəsizliyinin təminində regionda gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyətini və onların perspektivlərini yüksək qiymətləndirib.

Görüşdə həmçinin qlobal enerji məsələləri, regiondakı vəziyyət barədə də fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti