...

Qazaxıstanda Azərbaycan Silahlı Qüvvələrinin 93-cü ildönümü ilə əlaqədar təntənəli qəbul təşkil edilib (FOTO)

Siyasət Materials 24 İyun 2011 11:14 (UTC +04:00)
Qazaxıstanın Astana şəhərində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü ildönümü ilə əlaqədar olaraq təntənəli qəbul təşkil edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın Qazaxstandakı səfirliyindən bildirilib.
Qazaxıstanda Azərbaycan Silahlı Qüvvələrinin 93-cü ildönümü ilə əlaqədar təntənəli qəbul təşkil edilib (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Qazaxıstanın Astana şəhərində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü ildönümü ilə əlaqədar olaraq təntənəli qəbul təşkil edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycanın Qazaxstandakı səfirliyindən bildirilib.

Qəbulda Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin (MN), ABŞ, Almaniya, İtaliya, Avstriya, Fransa, Polşa, Çin, Hindistan, Pakistan, Rusiya, Ukrayna, Belarus, Litva, Slovakiya, Gürcüstan, Türkiyə, Rumıniya, Tacikistan, Türkmənistan, Qırğızıstan və digər ölkələrin Qazaxıstandakı səfirləri, hərbi attaşeləri, Azərbaycan diasporunun və Qazaxıstan ictimaiyyətinin nümayəndələri, Azərbaycan Qazaxıstan Dostluq və Mədəniyyət Assosiasiyasının rəhbərliyi, həmçinin Qazaxıstan Silahlı Qüvvələrinin Beynəlxalq Proqramlar Baş İdarəsinin rəisi, polkovnik Kusmuldin, MN Beynəlxalq əməkdaşlıq departamentinin rəisi, polkovnik Yeseneev, MN Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Bijanov və MN Mərkəzi komanda məntəqəsinin rəisi, general-mayor Rıskaliyev iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Qazaxıstandakı Hərbi attaşelik aparatının rəhbəri, polkovnik Abbasov açaraq Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı əvəzsiz rolundan, sülhməramlı qüvvələrimizin fəaliyyətindən, Azərbaycan-NATO və Azərbaycan-Qazaxıstan münasibətlərindən bəhs edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verilib.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinə dair buklet və jurnallar nümayiş etdirilib, video film göstərilib və klassik musiqimizdən nümunələr səsləndirilib.

Xəbər lenti

Xəbər lenti