...

İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib

Siyasət Materials 2 İyul 2011 17:31 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Milli bayram-Respublika Günü münasibətilə təbrik edib. Bu barədə Prezidentin rəsmi saytı məlumat verib.
İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib

Azərbaycan, Bakı, 2 iyul / Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Milli bayram-Respublika Günü münasibətilə təbrik edib. Bu barədə Prezidentin rəsmi saytı məlumat verib.

Məktubda deyilir:"Sizi və dost Belarus xalqını milli bayramınız - Respublika Günü münasibətilə təbrik edirəm. Azərbaycan ilə Belarusu sıx dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək telləri bağlayır. Əminəm ki, dövlətlərimiz arasında bu xoş ənənələrə əsaslanan münasibətlərimiz xalqlarımızın və ölkələrimizin rifahı, regionda sülh və sabitlik naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək".

Daha sonra dövlət başçısı belarus həmkarına cansağlığı və uğurlar, dost Belarus xalqına isə sülh və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti