...

Afrika ölkələrinin BMT yanında daimi nümayəndələrinin Azərbaycana səfəri başlayır

Siyasət Materials 22 Avqust 2011 11:52 (UTC +04:00)
Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent və Qrenada, Seyşel adaları, Syerra Leone, Şri Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələrinin bu gün Azərbaycana səfəri başlayır.
Afrika ölkələrinin BMT yanında daimi nümayəndələrinin Azərbaycana səfəri başlayır

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir S.Ağayeva/

Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent və Qrenada, Seyşel adaları, Syerra Leone, Şri Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələrinin bu gün Azərbaycana səfəri başlayır.

XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, səfər zamanı qonaqlar Baş nazir Artur Rasizadə tərəfindən qəbul ediləcək. Eyni zamanda, Milli Məclis, Xarici İşlər Nazirliyi, Heydər Əliyev Fondu, Azərbaycan Diplomatik Akademiyası və Dövlət Neft Şirkətində qonaqlarla görüşlər keçiriləcək. Səfirlər Fəxri xiyaban və Şəhidlər xiyabanını da ziyarət edəcəklər.

BMT yanında daimi nümayəndələrin Quba şəhərinə səfəri də nəzərdə tutulub. Burada onlar kütləvi məzarlıqla, eyni zamanda, Quba şəhəri ilə yaxından tanış olacaqlar.

Səfər avqustun 27-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti