...

İlham Əliyev Meksika Prezidentini təbrik edib

Siyasət Materials 15 Sentyabr 2011 19:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Felipe Kalderon İnoxosaya təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Meksika Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Felipe Kalderon İnoxosaya təbrik məktubu ünvanlayıb.

"Meksika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Meksika arasındakı dövlətlərarası münasibətlərin inkişafı dostluq əlaqələrimizin və əməkdaşlığımızın genişlənməsi üçün yeni imkanlar açacaqdır", - təbrikdə deyilir.

İlham Əliyev Felipe Kalderon İnoxosaya möhkəm cansağlığı, işlərində uğurlar, dost Meksika xalqına əmin-amanlıq və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti