...

Azərbaycan "Açıq Hökumət" Tərəfdaşlığı təşəbbüsünə qoşulub

Siyasət Materials 21 Sentyabr 2011 15:52 (UTC +04:00)
Azərbaycan çərşənbə axşamı Nyu-Yorkda təqdimatı keçirilən "Açıq Hökumət" Tərəfdaşlığı təşəbbüsünə qoşulub.
Azərbaycan "Açıq Hökumət" Tərəfdaşlığı təşəbbüsünə qoşulub

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir V.Javoronkova/

Azərbaycan çərşənbə axşamı Nyu-Yorkda təqdimatı keçirilən "Açıq Hökumət" Tərəfdaşlığı təşəbbüsünə qoşulub. Trend-in məlumatına görə, bu barədə tərəfdaşlığın saytında dərc olunan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ dövlət katibi Hillari Klintona məktubunda deyilir.

"Azərbaycan Respublikası Hökuməti adından Sizə Azərbaycanın prezidentlər Obama və Russeff tərəfindən irəli sürülmüş və bu gün qloballaşmış dünyanın üzləşdiyi problemlərin effektli həlli üçün çox vacib hesab etdiyimiz bu tərəfdaşlığa qoşulmaq haqqında qəbul etdiyi qərarı bildirməkdən məmnunam", - məktubun mətnində deyilir.

Təşəbbüs dünya ölkələri hökumətlərini daha da açıqlığa çağırır.

Tərəfdaşlığa artıq 46 ölkə, o cümlədən Türkiyə, Ukrayna, Gürcüstan, Estoniya, Latviya, Litva, Moldova, İspaniya, İsveç və digər ölkələr qoşulub.

Xəbər lenti

Xəbər lenti