...

Yəmən müdafiə nazirinə edilən sui-qəsd nəticəsində 10 nəfər yaralanıb

Siyasət Materials 27 Sentyabr 2011 17:22 (UTC +04:00)
Bu gün Yəmənin müdafiə naziri Məhəmməd Nasir Əhməd Əliyə edilən sui-qəsd nəticəsində 10 nəfər yaralanıb.
Yəmən müdafiə nazirinə edilən sui-qəsd nəticəsində 10 nəfər yaralanıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Bu gün Yəmənin müdafiə naziri Məhəmməd Nasir Əhməd Əliyə edilən sui-qəsd nəticəsində 10 nəfər yaralanıb. Trend-in məlumatına görə, bu barədə "əl-Cəzirə" telekanalı bildirib.

İlkin məlumatlara görə, sui-qəsd nəticəsində nazir ciddi xəsarət almayıb.

Hadisənin təfsilatı dəqiqləşdirilir.

Sui-qəsd ediləndən sonra ölkəni tərk edən Yəmən Prezidenti Əli Abdullah Saleh vətəninə qayıdıb.

Saleh iyun ayının əvvəlində onun mənzil-qərargahının atəşə tutulması nəticəsində odlu silah və yanıq xəsarəti aldığına görə Səudiyyə Ərəbistanında müalicə və reabilitasiya kursu keçib.

Fevral ayında Yəməndə başlanan hökumət əleyhinə kütləvi çıxışlar martın ortalarında fəallaşıb. Aksiya iştirakçıları islahat aparmaq və 33 ildən bəri ölkəni idarə edən prezidentin istefasını tələb edir. Yəmən güc strukturları bu aksiyaların dağıdılması üçün silahdan istifadə edir. KİV məlumatlarına görə, xalq qiyamı ərzində ölkədə bir neçə yüz insan ölüb.

Xəbər lenti

Xəbər lenti