...

Diplomatik akademiyaların rektorlarının ümumdünya forumunun növbəti illik toplantısı Bakıda keçiriləcək

Siyasət Materials 29 Sentyabr 2011 10:11 (UTC +04:00)
Sentyabrın 25-28-də ABŞ-ın Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində (Fletcher School of Law and Diplomacy) diplomatik akademiyalar və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan univesitetlərin və ali məktəblərin ənənəvi illik forumu keçirilib.
Diplomatik akademiyaların rektorlarının ümumdünya forumunun növbəti illik toplantısı Bakıda keçiriləcək

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir T.Hacıyev/

Sentyabrın 25-28-də ABŞ-ın Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində (Fletcher School of Law and Diplomacy) diplomatik akademiyalar və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan univesitetlərin və ali məktəblərin ənənəvi illik forumu keçirilib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Diplomatik Akademiyasının (ADA) mətbuat xidmətindən məlumat verilib.

Beynəlxalq forum dunyanın 100-dən artıq diplomatiya akademiyaları və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan univesitetlərinin rektor və dekanlarını bir araya gətirib.

Forumda diplomatik treninqdə regional əməkdaşlıq, beynəlxalq biznes diplomatiyası, keçid dövrünün diplomatiyası, ətraf mühit problemlerinin həllində diplomatiyanın rolu, BMT-də çoxtərəfli diplomatiya və s. mövzular diqqət mərkəzində olub.

Tədbirdə Azərbaycanın xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev də iştirak edib. Görüşün sonuncu günündə Paşayev ADA-nın inkişaf yolunu və əldə edilən uğurları istirakçıların nəzərinə çatdıraraq, gələn il Akademiyanın tikilməkdə olan müasir təhsil kompleksinin hazır olacağını bildirib və 2012-ci ildə forumun Azərbaycanda keçirilməsini təklif edib.

Paşayevin fikrincə, Azərbaycan hökuməti tərəfindən təhsilin inkişafına xüsusi diqqətin göstərilməsi ADA-nın nümunəsində beynəlxalq ictimaiətə daha qabarıq şəkildə çatdırıla bilər.

Diplomatiya akademiyaları və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan univesitetlərin rektorları növbəti illik forumun Bakıda keçirilməsini yekdilliklə dəstəkləyiblər.

Diplomatik Treninq üzrə Beynəlxalq Forum 1972-ci ildən keçirilir. ADA yarandığı vaxtdan - 2006-ci ildən bu foruma qatılır.

Xəbər lenti

Xəbər lenti