1-ci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:27-də yayılıb)
Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir T.Hacıyev/
Azərbaycanda boş qalan bələdiyyə yerlərinə seçkilər noyabrın 30-da keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın cümə axşamı keçirilən toplantısında deyib.
Pənahov bildirib ki, Azərbaycanda bələdiyyə seçkisi 2009-cu il dekabrın 29-da keçirilib.
"1718 bələdiyyə üzrə seçkilər keçirilib. 1709 bələdiyyə formalaşdırılıb. 9 bələdiyyə ilə bağlı seçkilərin nəticəsi etibarsız hesab edilib. Həmin vaxtdan indiyədək bir bələdiyyədə üzvlərin sayı kvorumdan aşağı düşüb", - MSK sədri əlavə edib.
Pənahov deyib ki, bəzi bələdiyyə üzvləri yerlərinin isə müxtəlif səbəblərdən 1, 2 yaxud daha çox sayda azaldığını bildirib.
Ümumilikdə 330 bələdiyyə üzrə 460 bələdiyyə yeri boşalıb.