...

Azərbaycan Prezidenti yeraltı piyada keçidlərinin və Mərdəkan qovşağının açılışında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 4 Oktyabr 2011 14:36 (UTC +04:00)
Azərbaycan Prezidenti yeraltı piyada keçidlərinin və Mərdəkan qovşağının açılışında iştirak edib (ƏLAVƏ OLUNUB)
Azərbaycan Prezidenti yeraltı piyada keçidlərinin və Mərdəkan qovşağının açılışında iştirak edib (ƏLAVƏ OLUNUB) (FOTO)

Səkkizinci abzasdan sonra əlavə olunub (İlk xəbər 13:28-də yayılıb)

Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər rayonunun Buzovna qəsəbəsində, Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun 12-ci kilometrliyində yeni istifadəyə verilmiş yeraltı piyada keçidinin açılışında iştirak edib.

Trend-in məlumatına görə, dövlətimizin başçısına məlumat verildi ki, müasir standartlara cavab verən keçidin uzunluğu 44,14 metr, eni 6, hündürlüyü isə 3 metrdir.

Prezident İlham Əliyev yeraltı piyada keçidini gəzdi.

Bildirildi ki, keçidin inşası ətrafda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, avtomobillərin fasiləsiz hərəkətinə də imkan verəcək.

Daha sonra Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun 11-ci kilometrliyində yeni istifadəyə verilmiş yeraltı piyada keçidinin açılışında iştirak etdi.

Məlumat verildi ki, keçidin uzunluğu 48,1 metr, eni 6, hündürlüyü isə 3 metrdir.
Keçidin inşasında əsas məqsəd sakinlərin və yaxınlıqda yerləşən orta məktəbdə təhsil alan şagirdlərin təhlükəsizliyini, eləcə də avtomobillərin fasiləsiz hərəkətini təmin etməkdir.
Prezident İlham Əliyev yeraltı piyada keçidini gəzdi.

Bildirildi ki, tikintisinə bu ilin mayında başlanılan keçiddə müasir işıqlandırma sistemi quraşdırılmış, nasosxana tikilmişdir.

Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Prezident İlham Əliyev bu gün həmçinin Xəzər rayonunda Heydər Əliyev Beynəlxalq Aeroportu - Zuğulba yolunun 14-cü kilometrliyində üç səviyyəli Mərdəkan qovşağının açılışında iştirak edib.

Azərbaycan Prezidentinə qovşağın texniki göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, dörd aşırımlı körpünün uzunluğu 220 metr, eni 23, 5 metrdir. Dörd hərəkət zolağı olan körpünün svaylarının uzunluğu 13-16 metr, diametri 1200 millimetrdir. Körpünün ən böyük aşırımının uzunluğu 75 metr, nəzərə alınan seysmik davamlılığı 9 baldır.

Prezident İlham Əliyevə qovşağın körpü trosunun texniki göstəriciləri barədə də məlumat verildi. Bildirildi ki, 30 metr uzunluğu olan tros Fransa istehsalıdır.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, qovşağın tunel hissəsi 15 aya inşa edilmişdir. Tunelin ümumi uzunluğu 400 metr, qapalı hissəsinin uzunluğu isə 55 metrdir. Müasir drenaj sistemi qurulan qovşağın yağış suları hovuzunun tutumu 530 kubmetrdir.

Prezident İlham Əliyev yol qovşağının rəmzi açılışını bildirən lenti kəsdi.

Qeyd edildi ki, qovşağın ətrafı abadlaşdırılmış, yaşıllıq zolağı salınmışdır. Qovşaq Heydər Əliyev Beynəlxalq Aeroportundan Mərdəkan, Şüvəlan və Buzovna qəsəbələri istiqamətində nəqliyyatın sərbəst hərəkətini təmin edəcək.

Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Xəbər lenti

Xəbər lenti