...

Suriyanın Milli Keçid Şurası ölkəni Ərəb Dövlətləri Liqasından çıxarmağa çalışır

Siyasət Materials 8 Oktyabr 2011 13:09 (UTC +04:00)
Suriyanın Milli Keçid Şurası (MKŞ) Ərəb Dövlətləri Liqasını ölkənin bu təşkilatdan çıxarılmasına çağırıb. Bu barədə Trend şənbə günü "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir.
Suriyanın Milli Keçid Şurası ölkəni Ərəb Dövlətləri Liqasından çıxarmağa çalışır

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Suriyanın Milli Keçid Şurası (MKŞ) Ərəb Dövlətləri Liqasını ölkənin bu təşkilatdan çıxarılmasına çağırıb. Bu barədə Trend şənbə günü "Əl-Ərəbiyyə" telekanalına istinadən xəbər verir.

MKŞ-nin müvəqqəti sədri Bürhan Qalyun bəyan edib ki, şənbə günü Qahirədə Şuranın bu məsələ ilə bağlı konkret qərar qəbul etmək üçün iclası keçiriləcək. Bundan əlavə, MKŞ-nin rəhbər orqanı seçiləcək.

Dünən Qalyun Milli Keçid Şurasının bərabər iştirak prinsipləri əsasında formalaşdırılması barədə bildirib.

Müxalifətin bəyanatına görə, Şura uzun sürən danışıqlardan sonra formalaşıb. Danışıqlarda Suriyanın "Dəməşq Bəyannaməsi qüvvələri" hüquq-mühafizə təşkilatı, "Müsəlman qardaşlar" təşkilatı və ölkənin digər ictimai və siyasi qüvvələri iştirak ediblər.

Suriyada artıq yarım ildən çoxdur ki, hökumət əleyhinə aksiyalar davam edir. Aksiyalar ilk dəfə mart ayının ortalarında ölkənin cənubundakı Dəra şəhərində başlayıb, sonra regionun digər şəhərlərinə keçib. Prezidentin siyasi və informasiya məsələləri üzrə müşaviri Buseyna Şabanın bəyanatına görə, bütün bu vaxt ərzində 1400 nəfər həlak olub, onların yarısı ordu və güc strukturlarının nümayəndələridir. BMT-nin göstəricilərinə görə, həlak olanların sayı 3,6 min nəfərə çatıb.

Müxalifət Prezident Bəşşar əl-Əsədin istefasını və ölkədə siyasi dəyişikliklər tələb edir.

Xəbər lenti

Xəbər lenti