...

"Pakistan Observer" qəzetində Bakı Beynəlxalq Humanitar Forumundan bəhs edən silsilə yazılar dərc olunub

Siyasət Materials 14 Oktyabr 2011 21:05 (UTC +04:00)
Pakistanın aparıcı ingilisdilli qəzetlərindən biri olan "Pakistan Observer"in 13 və 14 oktyabr tarixli saylarında Azərbaycanda keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumuna həsr edilmiş silsilə yazılar dərc olunub.
"Pakistan Observer" qəzetində Bakı Beynəlxalq Humanitar Forumundan bəhs edən silsilə yazılar dərc olunub

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir B.Hacıyev/

Pakistanın aparıcı ingilisdilli qəzetlərindən biri olan "Pakistan Observer"in 13 və 14 oktyabr tarixli saylarında Azərbaycanda keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumuna həsr edilmiş silsilə yazılar dərc olunub.

Azərbaycanın Pakistandakı səfirliyindən cümə günü Trend-ə verilən məlumata görə, Forumda bilavasitə iştirak etmiş jurnalistlər - Faysal Malik və Liyakat Tur tərəfindən qələmə alınmış "1milyon Azərbaycan qaçqını dünyadan dəstək gözləyir" sərlövhəli məqalədə tanınmış siyasətçilər, ziyalılar, Nobel laureatları, alimlər və jurnalistlərin qatıldığı forumun ən yüksək səviyyədə təşkil olunduğu qeyd edilib, tədbirin ümumbəşəri əhəmiyyətli mövzulara xitab etdiyi vurğulanıb.

Müəlliflər Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı çıxışına toxunub, prezidentin öz nitqində müasir dünyanın dialoqa, tolerantlığa və sülhə ehtiyac duyduğunu, həmçinin Dağlıq Qarabağ probleminin beynəlxalq ictimaiyyətin diqqətinə, habelə haqq-ədalətin təcəssümünə ehtiyac duyulan humanitar məsələ olduğunu, həmçinin bir milyon qaçqın və köçkünün öz evlərinə qayıtmasını səbirsizliklə gözlədiyini ifadə etməsini oxucuların nəzərinə çatdırıblar.

Daha sonra məqalədə forumun yekununda dövlətləri dözümlülüyə, etnik və mədəni mənsubiyyətin azad seçiminə, əsas insan hüquqlarının müdafiəsinə, habelə dövlət resurslarının əhalinin rifahına yönəldilməsinə çağıran Bakı Bəyannaməsinin qəbul edildiyi bildirilib.

Məqalədə Azərbaycanın regionda ən yüksək inkişaf tempinə malik ölkə olduğu, Azərbaycan xalqının Pakistana Dağlıq Qarabağ məsələsində ölkəmizə birmənalı dəstək verdiyinə görə xüsusi rəğbət bəslədiyi xüsusi vurğulanıb.

"Pakistan Observer" qəzetinin 14 oktyabr 2011-ci il tarixli sayında isə "Dağlıq Qarabağ qaçqınlarının acınacaqlı durumu" sərlövhəli baş məqalə çap edilib. Baş məqalədə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib, SSRİ-nin süqutu ərəfəsində Ermənistan və Azərbaycan arasında baş verən münaqişənin məhz beynəlxalq miqyasda Azərbaycan ərazisi kimi tanınmış Dağlıq Qarabağa iddialar səbəbindən meydana gəldiyi qeyd olunub. 1 milyon qaçqından 800 mininin Azərbaycana məxsusluğu hətta Ermənistan tərəfindən belə mübahisə predmeti olmayan ərazilərdən qovulması faktına məqalədə xüsusi diqqət yetirilib, Ermənistanın işğalçı ölkə olduğu diqqətə çatdırılıb.

Baş məqaləin sonunda BMT-nin baş katibi Pan Gi-Muna müraciət edilərək ondan Ermənistanı sülhə razı salması, beləliklə də nəinki regionda, eləcə də beynəlxalq aləmdə sülhün bərpasına öz töhfəsini verməsi xahiş olunub.

Məqalələrin tam mətnini aşağıdakı linklərdən oxumaq mümkündür:

http://epaper.pakobserver.net/201110/13/index.php
http://pakobserver.net/epaper/detail-news.asp?id=119682

Xəbər lenti

Xəbər lenti