...

Azərbaycan və Meksika parlamentlərarası əlaqələri genişləndirir

Siyasət Materials 15 Oktyabr 2011 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Y.Ostopenko/

Azərbaycan və Meksika parlamentlərarası əlaqələr sahəsində əməkdaşlığı genişləndirir. Cari ilin sonuna qədər Meksika parlamentarilərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov bildirib.

Onun sözlərinü görə, Azərbaycan deputatlarının da Meksiya səfəri gözlənilir.

Hər iki ölkənin parlamentində parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Meksika tərəfdən dostluq qrupuna Markos Peres rəhbərlik edir, Azərbaycan tərəfdən isə qrupa Ülvi Quliyev sədr təyin edilib. Milli Məclisdəki dostluq qrupunun tərkibinə deputatlar Aqil Abbas, Fəzail İbrahimli və Ceyhun Osmanlı daxildir.

Xəbər lenti

Xəbər lenti