Azərbaycan, Bakı, 17 oktyabr /Trend/
Oktyabrın 17-də "Buta" sarayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş rəsmi qəbul təşkil edilib.
Azərbaycan Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib.
Salona toplaşanlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.
Azərbaycanın dövlət himni səsləndi.
Dövlətimizin başçısı rəsmi qəbulda nitq söylədi.
Sonra 20 illik müstəqillik dövründə Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurları əks etdirən film nümayiş olundu.
Rəsmi qəbul incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.