...

Pakistan qəzetləri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsindən yazırlar

Siyasət Materials 26 Oktyabr 2011 15:49 (UTC +04:00)
Pakistanın nüfuzlu "Daily Times", "Pakistan Observer" və "The News" ingilisdilli qəzetlərinin çərşənbə günü nəşr olunan buraxılışlarında Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsinə həsr edilmiş məqalə dərc edilib.
Pakistan qəzetləri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsindən yazırlar

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir M.Əliyev/

Pakistanın nüfuzlu "Daily Times", "Pakistan Observer" və "The News" ingilisdilli qəzetlərinin çərşənbə günü nəşr olunan buraxılışlarında Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsinə həsr edilmiş məqalə dərc edilib. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib.

Məqalələrdə Azərbaycanın Şərqi Avropa regionundan Macarıstan və Sloveniya ilə bərabər BMT TŞ-nin qeyri-daimi üzvlüyünə namizəd olduğu, səsvermənin çətin və dramatik keçdiyi, səsvermənin ikinci gününün axırıncı 17 turunda Sloveniya nümayəndəsinin öz ölkəsinin namizədliyini geri götürdüyü və nəticədə Azərbaycanın 155 səslə qalib gələrək tarixində ilk dəfə dünyanın ən mötəbər forumuna seçildiyi qeyd edilib.

Qəzetlərdə zəngin neft ehtiyatlarına malik Azərbaycanın böyük peşəkarlıqla idarə olunduğu qeyd edilib, BMT TŞ-nin üzvü seçilməsi faktı ölkənin siyasətinin və diplomatiyasının böyük qələbəsi kimi qələmə verilib.

Məqalələrdə əldə olunan uğurla bağlı görülmüş işlər haqqında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun müsahibələrindən sitatlar gətirilib.

Daha sonra Pakistanın Azərbaycanla münasibətlərindən söz açılaraq, bu əlaqələrin səmimiyyət və etibar əsasında qurulduğu vurğulanıb. Məqalələrdə Azərbaycanın Dağlıq Qarabağ problemi ilə üzləşdiyi və bu məsələnin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll edilməsinə səy göstərildiyi qeyd edilib.

Xəbər lenti

Xəbər lenti