...

İran nüvə silahı yaratmaq istəsəydi, bu barədə açıq bəyanat verərdi - XİN

Siyasət Materials 8 Noyabr 2011 15:42 (UTC +04:00)
Tehran həqiqətən bunu istəsəydi, nüvə silahı yaratmaq planlarını gizlətməzdi.
İran nüvə silahı yaratmaq istəsəydi, bu barədə açıq bəyanat verərdi - XİN

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Tehran həqiqətən bunu istəsəydi, nüvə silahı yaratmaq planlarını gizlətməzdi. Bunu çərşənbə axşamı Yerevanda səfərdə olan İranın xarici işlər naziri Əli Əkbər Salehi bəyan edib. Trend-in məlumatına görə, bu barədə RİA "Novosti" xəbər yayıb.

"Bizim rəhbərliyin mövqeyi dəqiqdir və əsaslandırılıb. Həm dini lider, həm də İran Prezidenti dəfələrlə deyiblər ki, nüvə silahı yaratmaq məqsədi güdmürlər. Əgər biz nüvə silahı yaratmaq istəsəydik, onda bu barədə açıq şəkildə bəyan edərdik. Ona görə də BAEA-nın bəyanatı İrana təzyiq göstərmək məqsədi güdür", - Salehi Yerevandakı mətbuat konfransında deyib.

Sentyabrın ortalarında BAEA rəhbəri Yukiya Amano bildirib ki, idarə noyabrda İranın nüvə proqramı üzrə yeni hesabat dərc edəcək. ABŞ, Böyük Britaniya və Fransa bu məlumatın tez bir zamanda açıqlanmasını təkid edirlər ki, bu da BMT Təhlükəsizlik Şurası tərəfindən İrana qarşı növbəti sanksiyalar paketinin qəbul olunmasına gətirib çıxara bilər. Rusiya və Çin isə əksinə, Amanonu "əsassız olaraq tələsməkdən" çəkindirərək "ehtiyatla hərəkət etməyə" çağırırlar. Hesabatın gələn həftə dərc olunacağı gözlənilir.

Salehi qeyd edib ki, keçmişdə Tehranın BAEA-dakı nümayəndəsi olduğundan, intriqaların məqsədini çox gözəl anlayır.

"Bu, nə texniki, nə də hüquqi deyil, siyasi məsələdir", - Salehi deyib.

Onun sözlərinə görə, Qərb İranı nüvə silahı yaratmaqda günahlandırır, halbuki BAEA nüvə proqramları barədə öz fikrini ifadə etmək hüququ olan yeganə beynəlxalq təşkilatdır. Digər tərəfdən, BAEA nüvə problemlərinə aid olmayan məsələlərə müdaxilə etmək hüququna malik deyil.

Xəbər lenti

Xəbər lenti