...

İlham Əliyev Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyanın həmsədrini qəbul edib

Siyasət Materials 22 Noyabr 2011 13:47 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 22-də Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyanın həmsədri, İtoçi korporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayaşini qəbul edib
İlham Əliyev Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyanın həmsədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 22-də Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyanın həmsədri, İtoçi korporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayaşini qəbul edib.

Trend-in məlumatına görə, Yoiçi Kobayaşi ölkəmizə bundan əvvəlki səfərini xatırlayaraq ötən dövr ərzində paytaxtda çox böyük dəyişikliklərin şahidi olduğunu vurğuladı.

Görüşdə Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin müxtəlif sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Eyni zamanda, görüşdə Azərbaycan-Yaponiya Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyəti yüksək qiymətləndirildi, Yaponiya şirkətlərinin Azərbaycanın enerji sektorundakı və ölkəmizdə həyata keçirilən infrastruktur layihələrindəki fəaliyyətinin önəmi qeyd edildi, qeyri-neft sektorunda əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.

Xəbər lenti

Xəbər lenti