...

Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin görüşünün tarixi razılaşdırılır

Siyasət Materials 23 Noyabr 2011 12:52 (UTC +04:00)
Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin növbəti görüşü Naxçıvanda keçiriləcək, görüşün tarixi razılaşdırılır. Trend-in məlumatına görə, bunu Azərbaycan XİN rəhbərinin müavini Xələf Xələfov Astanada mətbuat konfransında deyib.
Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin görüşünün tarixi razılaşdırılır

Qazaxıstan, Astana, 23 noyabr / Trend, müxbir K.Konırova /

Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin növbəti görüşü Naxçıvanda keçiriləcək, görüşün tarixi razılaşdırılır. Trend-in məlumatına görə, bunu Azərbaycan XİN rəhbərinin müavini Xələf Xələfov Astanada mətbuat konfransında deyib.

"Üç ölkənin - Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin görüşü artıq ənənəvi xarakter daşıyır. Növbəti görüş Naxçıvanda keçiriləcək, onun tarixi razılaşdırılır", - Xələfov Xəzər dənizinin statusu üzrə Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun 30-cu iclasının yekunları üzrə mətbuat konfransında deyib.

XİN rəhbərlərinin bundan əvvəlki görüşü apreldə İranın Urmiya şəhərində keçirilib.

Xələfovun sözlərinə görə, planlaşdırılan üçtərəfli görüşədək yaxın vaxtlarda Tehranda üç ölkənin xüsusi nümayəndələri səviyyəsində görüş keçiriləcək. Görüşdə Azərbaycan, Türkiyə və İranın XİN rəhbərlərinin Naxçıvan görüşünün gündəliyi müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti