...

Azərbaycan Prezidenti Nəsrulla İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 23 Noyabr 2011 19:16 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Nəsrulla İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti Nəsrulla İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Nəsrulla İmanquliyevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin təkliflərini nəzərə almaqla, əməkdar jurnalist Nəsrulla İmanquliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2011-ci ilin dekabr ayında Azərbaycanın tanınmış ictimai-siyasi xadimi və publisisti, əməkdar jurnalist Nəsrulla Əsəd oğlu İmanquliyevin anadan olmasının 100 ili tamam olur.

Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan Nəsrulla İmanquliyev mətbuatımızın inkişafında əvəzsiz xidmətlər göstərib. O, cəmiyyət həyatının ən müxtəlif sahələrini əks etdirən sanballı yazıları ilə mətbuat tariximizə layiqli töhfələr verib. Onun jurnalistika sahəsində zəngin pedaqoji fəaliyyəti Azərbaycan jurnalistlərinin böyük bir nəslinin formalaşmasında mühüm rol oynayıb.

Xəbər lenti

Xəbər lenti