Azərbaycan, Bakı 7 dekabr /Trend, müxbir E.Mehdiyev/
Dekabrın 7-də "Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" adlı elmi-praktik konfrans keçirilib.
"Tədbir ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində roluna həsr olunub", - Trend-in məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.
Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2.1-ci və Nazirliyin 2011-ci ilin II yarımilliyi üçün iş planının IV bölməsinin 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə gerçəkləşdirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, gənclər, tələbə gənclər təşkilatlarının rəhbərləri və fəal gənclər iştirak ediblər.