...

Fransa Konstitusiya Şurası qondarma "erməni soyqırımı" haqqında qanunu ləğv edəcək - senator

Siyasət Materials 8 Fevral 2012 16:17 (UTC +04:00)
Fransa Konstitusiya Şurası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv edəcək.
Fransa Konstitusiya Şurası qondarma "erməni soyqırımı" haqqında qanunu ləğv edəcək - senator

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir A.Tağıyeva/

Fransa Konstitusiya Şurası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv edəcək. Trend-in Türkiyənin "Akşam" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə günü Fransanın hakim partiyasının (UMP) senatoru, Marsel şəhərinin meri Jan-Klod Qoden deyib.

Qoden istisna etməyib ki, Şura "erməni soyqırımı"nı tanıyan qanunu ləğv edə bilər.

Qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun qəbul edilməsi ilə razılaşmayan fransalı senatorlar yanvarın 31-də qanunu ləğv etmək tələbi ilə Konstitusuya Şurasına müraciət ediblər.

Yanvarın 23-də Fransa Senatı təxminən səkkiz saatlıq müzakirələrdən sonra qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətinin tətbiqi barədə qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 127, əleyhinə isə 86 senator səs verib.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti