...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiyanın dünya şöhrətli universitetinin Fəxri professoru adına layiq görülüb

Siyasət Materials 13 Fevral 2012 16:30 (UTC +04:00)
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Rusiya Federasiyasının dünya şöhrətli İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Rusiyanın dünya şöhrətli universitetinin Fəxri professoru adına layiq görülüb

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir S.Ağayeva/

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Rusiya Federasiyasının dünya şöhrətli İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb.

Trend-in məlumatına görə, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, professor, tibb elmləri doktoru Pyotr Vitaliyeviç Qlıboçko tərəfindən daxil olmuş məktubda deyilir:

"İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rəhbərliyi Azərbaycanın birinci xanımı Mehriban Arif qızı Əliyevanın xüsusi xidmətlərinin etirafı əlaməti və onun səhiyyə, ətraf mühitin, sülhün və humanizmin qorunması ilə bağlı qlobal problemlərin həllinə sanballı töhfəsinə görə ona İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adı verilməsi haqqında qərar qəbul edib".

Məktubda daha sonra qeyd olunub ki, xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti Rusiya Federasiyasında yüksək qiymətləndirilir.

"Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı ilə birlikdə bir sıra mühüm layihələr, o cümlədən "Xərçəng xəstəliyinin milləti yoxdur", "Gənclər QİÇS-in və narkomaniyanın əleyhinədir", "Sağlam olmağını yəqin et" kimi layihələr, habelə xəstəxanalarda, uşaq evlərində və veteranlar üçün evlərdə digər xeyriyyə aksiyaları həyata keçirir", - məktubda əlavə olunub.

Məktubda daha sonra vurğulanıb ki, xanım Əliyevanın ana və uşaqların mühafizəsinə, talassemiya, uşaq diabeti və digər xəstəliklərə qarşı mübarizəyə yönəlmiş həyati əhəmiyyətli proqramlarda iştirakı olduqca qiymətlidir.

"Bizim üçün xüsusilə əhəmiyyətli və xoşdur ki, bizim ali məktəbin məzunu olan xanım Mehriban Arif qızı Əliyeva öz fəaliyyəti ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini beynəlxalq miqyasda tanıdır və onun nüfuzunun artırır", - məktubda bildirilib.

Qeyd edək ki, tibb aləmində böyük nüfuz sahibi olan alim və ictimai xadim məzunları ilə beynəlxalq miqyasda tanınan İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına bu vaxta kimi yalnız iki nəfər - dünya şöhrətli kardioloq, Rusiya Elmlər Akademiyasının akademiki Yevgeniy Çazov və dünya şöhrətli ürək cərrahı, Rusiya Elmlər Akademiyasının akademiki Leo Bokeriya layiq görülüblər.

Xəbər lenti

Xəbər lenti