...

Azərbaycanın ali məktəblərində pedaqoji ixtisaslar üzrə hazırlanan kadrlar üçün internatura sistemi tətbiq edilə bilər

Siyasət Materials 22 Fevral 2012 16:42 (UTC +04:00)
Azərbaycan hökuməti tərəfindən qəbul olunarsa, ali məktəblərdə pedaqoji ixtisaslar üzrə hazırlanan kadrlar üçün internatura sistemi tətbiq ediləcək.
Azərbaycanın ali məktəblərində pedaqoji ixtisaslar üzrə hazırlanan kadrlar üçün internatura sistemi tətbiq edilə bilər

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan hökuməti tərəfindən qəbul olunarsa, ali məktəblərdə pedaqoji ixtisaslar üzrə hazırlanan kadrlar üçün internatura sistemi tətbiq ediləcək. Trend-in məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, internatura sisteminin tətbiqi 10 illik Milli Təhsil Strategiyasının parametrlərindən biridir.

Nazir müəllimlərin internatura keçməsi təcrübəsinin dünya ölkələrində mövcud olduğunu da qeyd edib.

"Ali məktəbin bakalavr pilləsini bitirəndən sonra bir il əsasən təcrübə yönümlü iş aparmaqla müəllimin hazırlığına keçmək olar. Buna da internatura deyilir", - nazir bildirib.

O, əlavə edib ki, dünya ölkələrinin 90 faizi 12 illik orta təhsil sisteminə keçib.

"Biz də buna keçməliyik. Bizim oxuduğumuz dövrlə müqayisədə indiki tədris planına 10-a qədər yeni fənn əlavə edilib. 10-11 il ərzində bu fənlərin hamısını lazımi səviyyədə öyrənib başa çatdırmaq çətindir. Bu, hələ bizim arzumuzdur. Əgər bizim arzumuz parlamentdə nəzərə alınarsa, ölkə başçısı tərəfindən dəstəklənərsə, o zaman onun həyata keçirilmə mexanizmi hazırlanacaq", - Mərdanov əlavə edib.

Xəbər lenti

Xəbər lenti