...

Bəzi dairə seçki komissiyalarının üzvləri dəyişdirilib

Siyasət Materials 24 Fevral 2012 17:31 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) cümə günü keçirilən iclasında MSK-nın 19 dekabr və 23 dekabr 2011-ci il tarixli iclasının protokolları təsdiqlənib.
Bəzi dairə seçki komissiyalarının üzvləri dəyişdirilib

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir E.Mehdiyev/

Mərkəzi Seçki Komissiyasının (MSK) cümə günü keçirilən iclasında MSK-nın 19 dekabr və 23 dekabr 2011-ci il tarixli iclasının protokolları təsdiqlənib.

Trend-in məlumatına görə, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantıda normativ xarakterli bəzi aktlar, o cümlədən bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı MSK üzvləri Arifə Muxtarova və Şaitdin Əliyev məlumat veriblər.

Yığıncaqda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi ilə bağlı müzakirələr aparılıb. 125 saylı Qubadlı-Zəngilan və 86 saylı İsmayıllı dairə seçki komissiyalarının bəzi üzvləri dəyişdirilib.

Xəbər lenti

Xəbər lenti