...

Prezident İlham Əliyev: Azərbaycan və Xorvatiya arasında sıx əlaqələr regional əməkdaşlığa çox yaxşı təsir göstərəcək

Siyasət Materials 12 Mart 2012 13:10 (UTC +04:00)
Martın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub
Prezident İlham Əliyev: Azərbaycan və Xorvatiya arasında sıx əlaqələr regional əməkdaşlığa çox yaxşı təsir göstərəcək

Azərbaycan, Bakı, 12 mart /Trend/

Martın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

"Əminəm ki, Sizin səfəriniz ölkələrimiz arasında münasibətlərin inkişafında çox mühüm rol oynayacaqdır. Biz ikitərəfli əməkdaşlığa aid bir çox məsələləri müzakirə etdik. Bu, çox səmimi və açıq müzakirələr oldu. Əminəm ki, səfərinizin nəticələri çox uğurlu olacaq və əməkdaşlığımız genişlənərək bir çox sahələri əhatə edəcəkdir" İlham Əliyev görüşdə deyib.

Prezidentin sözlərinə görə, bu gün müzakirə etdiyimiz kimi, aramızda çox fəal siyasi dialoq mövcuddur.

"Siyasi münasibətlərimizin səviyyəsi əladır. Səfəriniz bunun yaxşı göstəricisidir. Lakin, hesab edirəm ki, həyatımızın digər sahələrinə də nəzər yetirməliyik. Bu gün biz iqtisadi əməkdaşlığı, sərmayə imkanlarını müzakirə etdik. Fikrimcə, ikitərəfli münasibətlərimizin uğurlu inkişafı regionlarımız arasında da daha yaxşı əlaqələrin qurulmasına yardım edəcəkdir. Azərbaycan Xəzər dənizi regionunda olduqca mühüm rol oynayır. Siz öz regionunuzda aparıcı dövlətlərdən birisiniz. Bir sözlə, ölkələrimiz arasında sıx əlaqələr birmənalı olaraq regional əməkdaşlığa çox yaxşı təsir göstərəcəkdir" İlham Əliyev qeyd edib.

Dövlət başçısı əmindir ki, səfərin nəticələri uğurlu olacaq və ölkələrimiz bir-birinə daha yaxın olacaqdır.

Xorvatiyanın Prezidenti İvo Yosipoviç isə geniş tərkibli görüşdə deyib ki, o və nümayəndə heyəti burada olmağımızdan çox məmnundur.

"Buna səbəb təkcə siyasi əməkdaşlıq deyil, o cümlədən iqtisadi və mədəni sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olmasıdır. Bir sözlə, nümayəndə heyətimiz gələcək iqtisadi əməkdaşlığımızı təfərrüatı ilə müzakirə etməyə hazırdır. Sizin regionda sərmayə qoymaqla bağlı böyük planlarınızdan məlumatımız vardır. Cənub-Şərqi Avropa regionu ilə Qafqaz regionu arasında yaxşı əməkdaşlıq imkanları mövcuddur. Ölkələrimizin kəşməkəşli tarixi olubdur. Tarixi baxımından təcrübəmiz oxşardır. İkitərəfli münasibətlərimiz qarşılıqlı anlaşmaya əsaslanır. Bu gün biz üç saziş imzalayacağıq. Bu da vacibdir və iqtisadi əməkdaşlığımıza şərait yaradacaqdır" Xorvatiyanın dövlət başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti