...

İran Əfqanıstanda narkotik istehsalının artmasından narahatdır

Siyasət Materials 12 Mart 2012 17:30 (UTC +04:00)
2010-2011-ci illərdə Əfqanıstanda narkotik istehsalı 60 faiz artıb.
İran Əfqanıstanda narkotik istehsalının artmasından narahatdır

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbirlər E.Tarıverdiyeva, T.Cəfərov/

2010-2011-ci illərdə Əfqanıstanda narkotik istehsalı 60 faiz artıb. Bunu İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar Vyanada narkotiklərlə mübarizə məsələlərinin müzakirə olunduğu yüksəksəviyyəli görüşdə bildirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ISNA agentliyi xəbər verib.

Məhəmməd Nəccar qeyd edib ki, İran Əfqanıstanda narkotik istehsalının artmasından son dərəcədə narahatdır.

Onun sözlərinə görə, İran özü narkotiklərlə bağlı problemlərdən narahatlıq keçirir və beynəlxalq birliyi Əfqanıstandan qonşu ölkələrə narkotiklərin nəqlinə qarşı mübarizəni gücləndirməyə çağırır.

"BMT-nin məlumatına görə, İslam Respublikası tiryəkin 89 və həşişin 32 faizinin qanunsuz dövriyyəsinin qarşısını alır", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti