...

Azərbaycanın İtaliyadakı səfiri ölkənin Friuli-Venetsiya-Culiya regionuna səfər edib (FOTO)

Siyasət Materials 21 Mart 2012 00:33 (UTC +04:00)
Martın 16-da Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov İtaliyanın şimal-şərqində yerləşən, iqtisadi potensialına və maddi rifah səviyyəsinə görə ölkənin ən qabaqcıl regionlardan biri olan Friuli-Venetsiya-Culiya regionunun Udine və Pordenone şəhərlərində işgüzar səfərdə olmuşdur.
Azərbaycanın İtaliyadakı səfiri ölkənin Friuli-Venetsiya-Culiya regionuna səfər edib (FOTO)

Azərbaycan, Bakı, 21 mart /Trend/

Martın 16-da Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov İtaliyanın şimal-şərqində yerləşən, iqtisadi potensialına və maddi rifah səviyyəsinə görə ölkənin ən qabaqcıl regionlardan biri olan Friuli-Venetsiya-Culiya regionunun Udine və Pordenone şəhərlərində işgüzar səfərdə olmuşdur.

Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə bildirilib ki, səfərin başlıca məqsədi Friuli-Venetsiya-Culiya regionunun inzibati qurumları və işgüzar dairələri ilə əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsindən ibarət olmuşdur.

Səfər zamanı, səfir V.Sadıqov ilk əvvəl, Udinenin Ticarət Palatasının prezidenti Covanni Da Podzo ilə görüşmüşdür. Sonra, Udinenin meri Furio Honsell, C.Da Podzo və regionun işgüzar və akademik dairələrinin 30-dək nümayəndəsinin iştirak etdiyi dəyirmi masa ətrafında görüş keçirilmişdir. Görüş zamanı, səfir V.Sadıqov Azərbaycanın biznes və investisiya imkanlarını əks etdirən geniş təqdimat ilə çıxış etmişdir. O, Azərbaycan ilə Friuli-Venetsiya-Culiya arasında indiyədək bir sıra işgüzar əlaqələrin qurulduğunu, bununla belə bu əlaqələrin dərinləşdirilməsi və yeni əməkdaşlıqların qurulması üçün geniş imkanlardan yararlanmağın məqsədəuyğunluğunu vurğulamışdır. Bu xüsusda, Azərbaycan ilə region arasında ticarət əlaqələri ilə yanaşı, qarşılıqlı investisiya qoyuluşu imkanlarının təhlil edilməsi təklif edilmişdir. Daha sonra, iştirakçıların sualları cavablandırılmışdır. Görüşün nəticəsi olaraq, qarşılıqlı maraq doğuran sahələr üzrə regionun iş adamlarından ibarət heyətin Azərbaycana səfərinin təşkil edilməsinə və iki tərəfin işgüzar dairələri arasında əməkdaşlıq əlaqələrinin yaradılmasına dair razılıq əldə edilmişdir. Səfir V.Sadıqov Udinedə həmçinin, Udine və Pordenone Həmkarlar İttifaqlari Fondunun prezidenti, tanınmış mesenat Lionello De Aqostini ilə görüş keçirmişdir.

Daha sonra, Səfir V.Sadıqov Pordenone şəhərinə səfər etmişdir. Səfir V.Sadıqov ilə Pordenonenin Sənayeçilər İttifaqının prezidenti Mauritsio Çini və regionun 25-dək iş adamının iştirak etdiyi dəyirmi masa müzakirələri təşkil edilmişdir. Görüşdə səfir V.Sadıqov Azərbaycanın biznes və investisiya mühitinə dair geniş nitq çıxış etmişdir. Daha sonra, Pordenonenin meri Sercio Boltsanello, tanınmış sahibkar Mikelancelo Aqrusti və regionun iş adamlarının iştirakı ilə geniş formatda görüş keçirilmişdir. Pordenonedə yerləşən və Azərbaycan ilə əməkdaşlığa maraq göstərən bir neçə şirkətin iqamətgahına səfər keçirilmiş və şirkətlərin təqdimatları dinlənilmişdir.

Xəbər lenti

Xəbər lenti