Azərbaycan, Bakı, 31 mart /Trend/
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin Azərbaycana rəsmi səfəri martın 31-də başa çatmışdır.
Trend-in məlumatına örə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.