...

Avronest PA-nın həmsədrləri Azərbaycanın dinamik inkişafından danışıblar (FOTO)

Siyasət Materials 4 Aprel 2012 13:05 (UTC +04:00)
Avronest Parlament Assambleyasının həmsədrləri Azərbaycanın dinamik inkişaf etdiyini bildiriblər.
Avronest PA-nın həmsədrləri Azərbaycanın dinamik inkişafından danışıblar (FOTO)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev /

Avronest Parlament Assambleyasının həmsədrləri Azərbaycanın dinamik inkişaf etdiyini bildiriblər.

"Avronest PA-nın növbəti 2-ci sessiyası Avropa İttifaqı ölkələrindən kənarda keçirilmiş ilk iclas olub və ilk dəfə olaraq çox geniş tərkibli nümayəndə heyəti iştirak edib. Bu dinamik inkişafda olan Azərbaycana beynəlxalq aləmdə marağın göstəricisidir", - Trend-in məlumatına görə, bunu Avronest PA-nın Bakıda keçirilən növbəti 2-ci sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında qurumun həmsədri Kristian Vigenin bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən beynəlxalq tədbirlərdə qaldırılan və qəbul edilən qərarlar Avropa ölkələrinin maraqlarına cavab verir.

Vigenin bildirib ki, sessiya çərçivəsində 4 qərar və bir qətnamə qəbul olunub.

Həmsədr xüsusi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin mövcud olmasına baxmayaraq, Ermənistan nümayəndə heyətinə kifayət qədər yaxşı şərait yaratdılar.

"Bu əsl Avropasayağı bir münasibətin göstəricisidir", - o vurğulayıb.

Mətbuat konfransında Avronest PA-nın digər həmsədri Boris Tarasyuk isə qeyd edib ki, Avronestin Strasburda keçirilmiş birinci sessiyasında qərar qəbul etmək mümkün olmasa da, Bakı sessiyasının uğurları sırasında bəzi vacib qərarların qəbul olunmasını qeyd edib. Onun sözlərinə görə, həmçinin Bakı sessiyası zamanı qurumun işinin daha da məhsuldar olması ilə bağlı prosedur qaydalarına dəyişikliklər edilib.

"İclasın keçirilməsi göstərdi ki, Azərbaycan bir beynəlxalq iştirakçı kimi beynəlxalq aləmdə öz rolunu artırır", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti