...

Azərbaycan Prezidenti Çexiyanın Baş naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 6 Aprel 2012 19:00 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Praqada Çexiyanın Baş naziri Petr Neças ilə görüşüb.
Azərbaycan Prezidenti Çexiyanın Baş naziri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Praqada Çexiyanın Baş naziri Petr Neças ilə görüşüb.

Çexiyanın Baş naziri Azərbaycan dövlətinin başçısını qarşılayıb.

Sonra Prezident İlham Əliyev və Baş nazir Petr Neças xatirə şəkli çəkdiriblər.

Azərbaycan Prezidenti və Çexiyanın Baş naziri Praqanın mənzərəsini seyr ediblər.

Daha sonra Azərbaycan dövlətinin başçısı Çexiyanın Baş nazirinin Fəxri qonaqlar kitabını imzalayıb.

Görüşdə Azərbaycan ilə Çexiya arasında ikitərəfli münasibətlərin inkişafı baxımından bu səfərin mühüm əhəmiyyət daşıdığı bildirilib. Azərbaycan Prezidentinin Çexiyaya dövlət səfəri çərçivəsində keçirdiyi görüşlərin əməkdaşlıq əlaqələrinin strateji səviyyəyə qalxmasına tövhə verəcəyi vurğulanıb.

Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafının zəruriliyinin bildirildiyi görüşdə bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.

Xəbər lenti

Xəbər lenti