...

Milli Məclisin üzvü beynəlxalq təşkilatları ikili siyasətdə təqsirləndirir

Siyasət Materials 16 Aprel 2012 13:06 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı beynəlxalq təşkilatları Ermənistanın işğalçılıq siyasəti nəticəsində işgəncələrə məruz qalan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı ikili siyasətdə ittiham edib.
Milli Məclisin üzvü beynəlxalq təşkilatları ikili siyasətdə təqsirləndirir

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamentinin deputatı beynəlxalq təşkilatları Ermənistanın işğalçılıq siyasəti nəticəsində işgəncələrə məruz qalan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı ikili siyasətdə ittiham edib.

Trend-in məlumatına görə, millət vəkili Elmira Axundova Bakıda keçirilən "Biz zorakılığa yox deyirik!" adlı tədbirdə bildirib ki, beynəlxalq təşkilatlar azərbaycanlı uşaqların hüquqlarının pozulmasına göz yumur.

"Siz uşaqlarla bağlı məsələyə də ikili standartlarla yanaşırsınız. On minlərlə azərbaycanlı uşağın hüquqları pozulub, işgəncələrə məruz qalıb, öldürülüb, yaralanıb, əsir götürülüb. Siz bununla bağlı nə etmisiniz? Düzdür, bir-iki qətnamə qəbul edilib. Amma bunlar formal xarakterli sənədlərdir, yəni ciddi bir şey deyil. Mən Avropa Şurasına, digər beynəlxalq təşkilatlara üzümü tuturam. Bizim yüz minlərlə hüquqları pozulmuş uşaqlarımızın hüquqlarını bərpa edin. Mən bunu xahiş və tələb edirəm!", - Axundova beynəlxalq təşkilatlara müraciətlə deyib.

Tədbir iştirakçıları arasında Avropa Şurasının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Konstantin Yerokostopulos, həmçinin YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Munir Məmmədzadə olub.

Xəbər lenti

Xəbər lenti