...

Moldovada ümummilli lider Heydər Əliyevə həsr edilmiş poçt markaları buraxılıb (FOTO)

Siyasət Materials 20 Aprel 2012 20:58 (UTC +04:00)
Aprelin 20-də "Poşta Moldovei" dövlət müəssisəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş dörd poçt markası seriyasını buraxıb.
Moldovada ümummilli lider Heydər Əliyevə həsr edilmiş poçt markaları buraxılıb (FOTO)

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Aprelin 20-də "Poşta Moldovei" dövlət müəssisəsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş dörd poçt markası seriyasını buraxıb. Bu barədə cümə günü Trend-ə Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.

Poçt markaları kiçik vərəq şəklində buraxılıb. Hər bir vərəqdə dörd növdə 24 poçt markası var.

Poçt markalarının rəsmi təqdimatının cari ilin may ayında keçirilməsi planlaşdırılır. Təqdimat Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ad gününə həsr olunacaq.

Təqdimat mərasiminə Moldova dövlət və hökumət rəhbərləri, parlament deputatları, Nazirlər Kabinetinin üzvləri, Kişinyovda akkreditə olunan səfirliklərin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri, Moldovanın ədəbiyyat və incəsənət, ictimai xadimləri, habelə KİV nümayəndələri və Moldova Azərbaycanlıları Konqresinin üzvləri dəvət ediləcək.

Xəbər lenti

Xəbər lenti